CORRECT LYRICS

Lyrics : Toxunulmaz Status

Ay Mete, PRoMete, gedirsən hara Mete?
Genişdir parametr. Sayılmaz bekara metr
Əvvəl sətir yazırdın, indi səs? Davam edir?
Rep hara gedib, de görüm, onu kim haram edib?
Karamı gedib, yoxsa bekara, yoxsa çarə bitir?
Çaya qənd atın, tünd çayla çoxdan aram itib
Az şirin, yarım dilim limon, buna "varam" deyim
Armudu, dərin, elə həmin rep xiridaram deyim
Məqsəd-məramı deyimmi, əyimmi məna müstəvisin?
Dərinə getməyək, bu dərinlik bəs eləsin
Həbs eləsin, yoxsa azad etsin ilham pərisi? Almışam hərisin...
O, nə hərləsin ki, Xəzərdə birisi
Rep dəlisi?! Nə azzarlanır? Hazırlayın mürəkkəb kağız!
Haradandır söz bazası, qafiyə mağazası
Proza, həmçinin intonasiya, boğaz olaraq
Ümumiyyətlə bu adam haqda xırda-xuruş məlumatı yaz oraya!
Sənə bir qovluq yetməz, qovluğu sayarsan onluqla
Çünki istəsəm elə birləşdirərəm əvvəli sonluqla
Axır axarla yeni dördlüyə keçər, mövzu bolluqda
Apar tulla MC-ni, hansı qafiyə boğmur, boğ, tulla
Zoğla birgə qopart səhnədən, repi dağıdanlar
Dəmiri dartanlar, Dartanyan və onun dostları
Postların ban! Party davam edir, halqada qal
Pozitiv damlası ol, relsinə düş, dalğada qal!