CORRECT LYRICS

Lyrics : Kor Zabit 2

Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi
Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi
Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa
Elə buna görə o bu gün irəlliləyir Qarabağa

Onu üzübdür illər, qisas içində közərən güllə - atmağa hazır
Hərbi mətktəbdə öyrəndikləri nəhayət olubdur lazım
Dünənki kursantlar bugünki döyüşü edir idarə!
Tanrının əsgəri - səngərdir məskəni, onlardır xalqına çarə!...

Müşahidə məntəqəsində rabitə, xəritə, koordinantlar
Atəşə hazır top heyətləri, baş zabitlər, leytenantlar
Divizion gözləyir əmri. Zabit izləyir hər dəfə hədəf rayonun
Piyada girməzdən öncə “təmizlik”, topçular yaxşı bilirlər bunu

Son günlər yaman tez-tez o, atasını görür yuxuda
Kişi ondan bir şey xahiş edib, indi qorxur unudar…
Rütbə alan gün ata oğlunu qucaqlayıb demişdi “əhsən”
“Azad edəcəyin doğma torpağa bu sözlərimi deyərsən”... (Deyərsən!)

Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
İllərdir gözləyirdim, darıxmışdım, ay vətən!
Almışam atamın qisasını mən!
Ölsün kim bizi ayırmışdı, ay vətən!