CORRIGER LES PAROLES

Paroles : Göz Dəyər

Məni yardan fitnə-fələk ayırdı
Gülü güldən əsdi külək, ayırdı
Məni yardan fitnə-fələk ayırdı
Gülü güldən əsdi külək, ayırdı

Məndən olsa, ayrılmazdım yarımdan
Onu məndən zalım fələk ayırdı
Məndən olsa, ayrılmazdım yarımdan
Onu məndən zalım fələk ayırdı
Zalım fələk ayırdı

Zəmanənin atdığı ox düz dəyər
Dərdlilərə güldən ağır söz dəyər
Zəmanənin atdığı ox düz dəyər
Dərdlilərə güldən ağır söz dəyər

Mən gedirəm, baxma belə dalımca
Gözəl gözlüm, gözlərinə göz dəyər
Mən gedirəm, baxma belə dalımca
Gözəl gözlüm, gözlərinə göz dəyər
Gözəl gözlüm, gözlərinə göz dəyər

Dərd əlindən nə gün, nə də vaxt keçər
Həsrət dolu ürəyimdən ah keçər
Dərd əlindən nə gün, nə də vaxt keçər
Həsrət dolu ürəyimdən ah keçər

Deyirlər ki, gözü kordur sevginin
Əcəl gəlsə, bu sevgidən yan keçər
Deyirlər ki, gözü kordur sevginin
Əcəl gəlsə, bu sevgidən yan keçər
Bu sevgidən yan keçər

Zəmanənin atdığı ox düz dəyər
Dərdlilərə güldən ağır söz dəyər
Zəmanənin atdığı ox düz dəyər
Sevdalıya güldən ağır söz dəyər

Mən gedirəm, baxma belə dalımca
Gözəl gözlüm, gözlərinə göz dəyər
Mən gedirəm, baxma belə dalımca
Gözəl gözlüm, gözlərinə göz dəyər
Gözəl gözlüm, gözlərinə göz dəyər