CORRIGER LES PAROLES

Paroles : Bəbəyim

Gözlərim yaşlı qalıbdır
Ürəyim bomboş qalıbdır
Yatağım bumbuz qalıbdır
Dön gəl artıq, nə olar, bəbəyim

Sənsiz, söylə bəs mən neyləyim?
Sən yox ikən bəs mən ölməyim?
Dərdimi, de kimə söyləyim?
Dön gəl artıq, nə olar, bəbəyim

Yaşımın üstə yaş gəlir
Dərdimin üstə dərd gəlir
İsti yatağıma qış gəlir
Gülüm, dön gəl artıq, nə olar, bəbəyim

Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər

Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər

Baharım dönüb qış oldu
Gəncliyim, inan heç oldu
Saçlarım artıq ağardı
Dön gəl artıq, nə olar, bəbəyim

Taleyim məni sınayır
Dostlarım məni qınayır
Ürəyim sənsiz sızlayır
Dön gəl artıq, nə olar, bəbəyim

Yaşımın üstə yaş gəlir
Dərdimin üstə dərd gəlir
İsti yatağıma qış gəlir
Gülüm, dön gəl artıq, nə olar, bəbəyim

Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər

Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər