CORRIGER LES PAROLES

Paroles : Elnarə

Səni hər an sevəcəm
Əzabına dözəcəm
Lap canımı verəcəm
Qara gözlü Elnarəm

Səni hər an sevəcəm
Əzabına dözəcəm
Lap canımı verəcəm, aman
Qara gözlü Elnarəm

Şirin-şəkər röyamsan
Gülərüzlüm, Elnarəm
Özün boyda dünyamsan
Şirin sözlüm, Elnarəm

Şirin-şəkər röyamsan
Gülərüzlüm, Elnarəm
Özün boyda dünyamsan
Gülərüzlüm, Elnarəm

Elnarəm, Elnarəm
Qara gözlüm, Elnarəm
Elnarəm, Elnarəm
Aybənizli Elnarəm

Gözəllikdə tayın yox
Kirpiklərin kaman, ox
Sevənlərin yaman çox
Eşqi gizli Elnarəm

(Ah) Gözəllikdə tayın yox
Kirpiklərin kaman, ox
Sevənlərin yaman çox
Eşqi gizli Elnarəm

Gözəllikdə bircəsən
Tər çiçəksən, qönçəsən
Nərmənazik, incəsən
Aybənizli Elnarəm

Gözəllikdə bircəsən
Tər çiçəksən, qönçəsən
Nərmənazik, incəsən, aman
Aybənizli Elnarəm

Elnarəm, Elnarəm
Qara gözlü Elnarəm
Elnarəm, Elnarəm
Eşqi gizli Elnarəm

Elnarəm, Elnarəm
Şirin sözlü Elnarəm
Elnarəm, Elnarəm
Eşqi gizli Elnarəm