CORRECT LYRICS

Lyrics : Ala Gözlü Yar

Gənc yaşından ilk baxışda bir gözələ vurulmuşdum mən, alagözə
Keçirdin sən küçəmizdən alagözlü yar
Mənə baxarkən sən gülümsəyirdin
Doludu sözlə ürəyim
Gozləyirəm yolunu
Harda qaldın alagöz
Sənə mənim sözüm, sənə mənim sözüm var
Bir bəla olar, gözlərim dolar
Görməsəm səni mən
Bir bəla olar, gözlərim dolar
Görməsəm səni mən

Çaşıb qalıram, Məcnun oluram səni görəndə
Saldın meni dərdə, qəmə, alagözlü yar
Bizim küçədən bir oğlanla sən gedib-gələndə
Gülümsəmədin sən mənə baxarkən
Gozləyirəm yolunu
Harda qaldın alagöz
Sənə mənim sözüm, sənə mənim sözüm var
Bir bəla olar, gözlərim dolar
Görməsəm səni mən
Bir bəla olar, gözlərim dolar
Görməsəm səni mən

Bir bəla olar, gözlərim dolar
Görməsəm səni mən
Bir bəla olar, gözlərim dolar
Görməsəm səni mən