CORRECT LYRICS

Lyrics : Ad Günü

Bu gün sənin ad günün
Bu gün sənin şad günün
Arzuları söndürdün üfürüb
Söndürdüyün şam kimi, şam kimi
Bu gün sənin ad günün
Gülüm sənsiz bərbad günüm
Keçir saat on ikini
Təbrik edirəm yad kimi
Yad, yad kimi

Mən sənə dəli-divanə
Sən hisslərimə biganə
İnanmaram daha mən
Aldanmaram daha mən
Gətirsən də bəhanə
Yaş üstünə yaş artar
Həsrətin gözlərimi yaşardar
Mən yollarında avarə
Bu ürəyi yalnız sənə etmişdim həvalə

Bir sonu var bu əhvalatın
Sənə sərf etdiyim hər saatım
Sənlə keçən keçmiş həyatım
Ad gününə hədiyyəm olsun