CORRECT LYRICS

Lyrics : Yenə O Bağ Olaydı

Yenə o bağ olaydı
Yenə yığışaraq siz
O bağa köçəydiniz...
Biz də muradımızca
Fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Yenə o bağ olaydı

Səni tez-tez görəydim
Qələmə söz verəydim
Hər gün bir yeni nəğmə
Hər gün bir yeni ilham
Yazaydım səhər-axşam

Arzuya bax, sevgilim
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Yenə o bağ olaydı...

Yenə o bağ olaydı
Yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla
Ruhumu dindirəydin
Məni sevindirəydin
Yenə o bağ olaydı
Yenə o qumlu sahil
Sular ötəydi dil-dil
Saçın kimi qıvrılan
Dalğalara dalaydım
Dalıb ilham alaydım

Arzuya bax, sevgilim
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Yenə o bağ olaydı...

Yenə o bağ olaydı
Sevdalar ölkəsində
O söyüd kölgəsində
İnci qumlar üstündə
Yenə verib baş-başa
Yayı vuraydıq başa

Arzuya bax, sevgilim
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Hər gün bir yeni nəğmə
Hər gün bir yeni ilham…
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yenə o bağ olaydı..
Yenə o bağ olaydı..