SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Yenə O Bağ Olaydı
by
Eyyub Yaqubov
Back
Lyrics
Yenə o bağ olaydı Yenə yığışaraq siz O bağa köçəydiniz... Biz də muradımızca Fələkdən kam alaydıq Sizə qonşu olaydıq Yenə o bağ olaydı Səni tez-tez görəydim Qələmə söz verəydim Hər gün bir yeni nəğmə Hər gün bir yeni ilham Yazaydım səhər-axşam Arzuya bax, sevgilim Tellərindən incəmi? Söylə ürəyincəmi? Yenə o bağ olaydı... Yenə o bağ olaydı Yenə sizə gələydik Danışaydıq, güləydik Ürkək baxışlarınla Ruhumu dindirəydin Məni sevindirəydin Yenə o bağ olaydı Yenə o qumlu sahil Sular ötəydi dil-dil Saçın kimi qıvrılan Dalğalara dalaydım Dalıb ilham alaydım Arzuya bax, sevgilim Tellərindən incəmi? Söylə ürəyincəmi? Yenə o bağ olaydı... Yenə o bağ olaydı Sevdalar ölkəsində O söyüd kölgəsində İnci qumlar üstündə Yenə verib baş-başa Yayı vuraydıq başa Arzuya bax, sevgilim Tellərindən incəmi? Söylə ürəyincəmi? Hər gün bir yeni nəğmə Hər gün bir yeni ilham… Yazaydım səhər-axşam Yazaydım səhər-axşam Yenə o bağ olaydı.. Yenə o bağ olaydı..
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register