CORRECTAR LA LETRA

Letra : Bayıl

Tez – tez düşür yadıma uşaqlıq illəri
Bayılın döngələri, məhləmizin tinləri
O zaman dəbdə idi xarici filmləri
“Avarə”, “Daş Və Çiçək”, “Mazandaran Fərəngi”
“Avarə”, “Daş Və Çiçək”, “Mazandaran Fərəngi”

Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi

Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi

Mənim uşaqlığımın
Ən kövrək xatirəsi

Bir qayığım var idi bərk gedən motorla
Al-verim saz gedirdi xəşəm, kütüm, kefalla
Dünya alt-üst oldu maliyyə böhranından
Ab-hava üz qaradır imkansızlığından
Satıram şor qoğalı ikisini bir manatdan
Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi
Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi

Bayıl uşaqlığımın
Ən kövrək xatirəsi

Unudulmaz gecələr Bayıl axşamları
Mehriban qonşuları, qayğıkeş insanları
Bayılda hamı tanıyır “şamayka Oqtay”ı
Dişləri qızıldandır, ağappaqdır saqqallı
Keçmişi matros olub, nakolkası “ağ ayı”

Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi

Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi
Pioner günlərimin
Ən kövrək xatirəsi

Gör necə də dövr elədi dövran!
Gəncliyimi yuyub apardı leysan
Ayrılsa da ocağından insan
Ay canım, ayrılmayır köndül Bayıldan

Ay can, ayrılsa da ocağından insan
Ay canım, ayrılmayır köndül Bayıldan

Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi

Bayıl könlümün səsi
Xəzərin mənzərəsi
Bayıl uşaqlığımın
Ən şirin xatirəsi

Dəcəl uşaqlığımım
Ən kövrək xatirəsisən, Bayıl...