CORRECT LYRICS

Lyrics : Labirint

Labirintə oxşayır... Azıb qalmışam...

Bir gün yenə açılan o sabah
İki damla göz yaşı olub düşəcək gözündən
Sən nifrəti özündən aralaya bilmədin
O səni küsdürdü özündən... Özündən...
Özündən muğayat ol!

Mən gedər oldum, sən qalar oldun
Ortalıqda nələr oldu, nələr oldu?!
Mən gedər oldum, sən qalar oldun
Ortalıqda nələr oldu, nələr oldu?!

Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən səni sevərdim
Sonra yenidən unut-sev, unut-sev

Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən...
Sonra yenidən unut-sev, unut-sev, unut-sev
Gözdən yaş, iki damla, xoşbəxt günləri yadında saxla
Yenə söhbətim boş otaqla, ağla-ağla göz daralınca
Bilsən, nə qədər ağ günlərimizi qara etdin öz sərt düşüncənlə
Xoşbəxt yolumuza körpülər saldın öz dünyandakı səhv düşüncənlə

Mənsiz... Bilirəm, çox çətindir axan göz yaşını gizləsən belə
Sevgisiz... Həyat daha asan, darıxsam da mən, bu yolumu seçdim
İndi mən yenə səni sevsəm belə, ağlım ürəyimlə dilə gəlməz
Dənizimiz... Öz yerindədir, əsən gilavarlar xəzriyə dönməz

Gəzdiyimiz küçələrdə qoyduğumuz izlər də
Küləklərlə sevişərək itdi
Əvvəlcə sən getdin, gedişdən mən bitdim
İndi isə mən getdim, amma ki, çox çətin

Atdığım hər addım
Səndən xəbər... xəbər sanki
Sənsə mənə yaxın
Bu qədər... Bu qədər uzaqkən

Bu qədər uzaqkən, bu qədər yaxınsan
Bu qədər uzaqkən, bu qədər yaxınsan

Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən səni sevərdim
Sonra yenidən unut-sev, unut-sev
Unutmaq asan olsaydı, birinci səni
Sonra səni unutduğumu unudardım
Sonra yenidən...
Sonra yenidən unut-sev, unut-sev, unut-sev

İndi mən yenə səni sevsəm belə
Ağlım ürəyimlə dilə gəlməz...

Yenidən, yenidən...

Labirintə oxşayır... Azıb qalmışam...