CORRECT LYRICS

Lyrics : Tumar Çəkərdim

Səsin qulağıma gəlir ahəstə
Xəyalın könlümü edibdir xəstə
Səsin qulağıma gəlir ahəstə
Xəyalın könlümü edibdir xəstə

Başını qoyardın sinəmin üstə
Qara saçlarına tumar çəkərdim
Başını qoyardın sinəmin üstə
Qara saçlarına tumar çəkərdim

Qulaq as həsrətin həzin səsinə
Hicranın buz kimi sərt nəfəsinə
Qulaq as həsrətin həzin səsinə
Hicranın buz kimi sərt nəfəsinə

Gözümdə canlanan qış lövhəsinə
İlıq nəfəsimlə bahar çəkərdim
Gözümdə canlanan qış lövhəsinə
İlıq nəfəsimlə bahar çəkərdim
İlıq nəfəsimlə bahar çəkərdim
Ah, qara saçlarına tumar çəkərdim

Axı mən nə edim acı taleyə?
Biz bu ayrılığı duymadıq niyə?
Axı mən nə edim acı taleyə?
Biz bu ayrılığı duymadıq niyə?

Həsrət bizə sarı gəlməsin deyə
Önündə sevgimdən hasar çəkərdim
Həsrət bizə sarı gəlməsin deyə
Önündə sevgimdən hasar çəkərdim

Qulaq as həsrətin həzin səsinə
Hicranın buz kimi sərt nəfəsinə
Qulaq as həsrətin həzin səsinə
Hicranın buz kimi sərt nəfəsinə

Gözümdə canlanan qış lövhəsinə
İlıq nəfəsimlə bahar çəkərdim
Gözümdə canlanan qış lövhəsinə