CORRECT LYRICS

Lyrics : Bakım Mənim

Hər daşın, hər çiçəyin sehrli bir nəğmədir
Sabahının taleyi daha öz əlindədir
Adın dastana dönüb, dünyanın dilindədir
Bakım mənim, canım mənim
Adın dastana dönüb, dünyanın dilindədir
Bakım mənim, canım mənim
Bakım mənim, canım mənim

Bakı – mehriban şəhər
İşıqlı ömür tacım, Bakı odlar diyarım
Adın dastana dönüb, dünyanın dilindədir
Bakım mənim, canım mənim
Adın dastana dönüb, dünyanın dilindədir
Canım mənim, Bakım mənim
Bakım mənim, canım mənim

Ulduzlara gedənlər səndən ilham alacaq
Zaman ötüb keçəcək, körpülərin qalacaq
Onlar ümid körpüsü, onlar Xudafərindir
Canım mənim, Bakım mənim
Onlar ümid körpüsü, onlar Xudafərindir
Bakım mənim, canım mənim
Bakım mənim, canım mənim
Bakı, İçərişəhər
Şirvanşahlar sarayı, Bakı odlar diyarı
Adın dastana dönüb, dünyanın dilindədir
Bakım mənim, canım mənim
Adın dastana dönüb, dünyanın dilindədir
Bakım mənim, canım mənim
Bakım mənim, canım mənim

İllər boyu ucaldın, amma ki, qocalmadın
Bir qanadın göy Xəzər, Abşeron bir qanadın
Vətənimin şöhrəti sənin zəfərlərindir
Bakım mənim, canım mənim
Vətənimin şöhrəti sənin zəfərlərindir
Bakım mənim, canım mənim
Bakım mənim, canım mənim

Bakı – mehriban şəhər
İşıqlı ömür tacım, Bakı odlar diyarım
Adın dastana dönüb, dünyanın dilindədir
Bakım mənim, canım mənim
Adın dastana dönüb, dünyanın dilindədir
Canım mənim, Bakım mənim
Canım, gözüm, Bakım mənim
Bakı, İçərişəhər
Şirvanşahlar sarayı, Bakı odlar diyarı
Adın dastana dönüb, dünyanın dilindədir
Bakım mənim, canım mənim
Adın dastana dönüb, dünyanın dilindədir
Canım mənim, Bakım mənim
Canım, gözüm, Bakım mənim
Bakım mənim, canım mənim
Canım, gözüm, Bakım mənim
Canım mənim, Bakım mənim
Canım, gözüm, Bakım mənim