ENVIAR LETRAS
Top 100
Lanzamientos de álbumes
Artistas
Comunidade
Francés
Portuguese
Inglés
Corrección Letra
Sidrətül Müntəha
par
Qaraqan
Regreso
Letra
Sən hər şeyin sahibi, mənsə qul Sən Allah, mən sənin qarşında qum dənəsi, kül Sən əbədisən, mənsə 60 il, uzağı 70 il Qanımı içən sualların içində itmişəm Sən hər şeyin sahibi, mənsə qul Sən Allah, mən sənin qarşında qum dənəsi, kül Sən əbədisən, mənsə 60 il, uzağı 70 il Qanımı içən sualların içində itmişəm Ver nəfəs, ver nəfəs, ciyərlərdə səs Yoxdur nəbz, durub səs, səssiz ürək, əlimi kəs Yazmayım, bu mahnı cəhənnəmə aparır, azmayım Günahlarım çox onsuz da, daha birin də yazmayım Məscidin qapısın örtdüm arxadan Tək qalım səninlə, tək, mollasız, yaradılan və yaradan 21 bahar, 21 payız çox axtardı gözlərim səni göylərdə İndi çöküb, çöküb diz... Namazlar, dualar, içimdə şübhəli suallar Tövbələr, tövbələrdən sonra eyni günahlar Gizli məqamlar, yuxuya get şeytanın pıçıltısında Qələmi kağıza qardaş elədim möminin sıxıntısında Səcdələr, rükular, şəddələr, sükunlar Cəhənnəmdə yoxdur od, günahlarımız odunlar Dildə fatihə qurudu bombalardan diksinəndə Bağdad öldü, növbə bizdə, sızdi beyinə isti qanlar Suallar, suallar, dahilərin böyük əzabı Cavablar, cavablar hanı sualların cavabı? Gücsüzəm, qorxağam, bağışla, yox iradəm İstəyirəm cənnətə, amma kəsiblər siratı Surələr, ayələr, bağırtılar, nalələr İçimdəki şeytanın əlində gözəl lalələr Aldadır, aldanıram, yalan danışır, inanıram Günah verir, sevinirəm, verməyəndə dilənirəm Binam silkələnir, ən altda çürük kərpic var Divarlar sıxılır içimə, işıq gəlir, məscid dar Çatladıqca minarələr, qulaqlara hüc*mda səslər Gözlərimin qarşısında ağ geyimli müqəddəslər Parçalandı pəncərələr, dayandı zaman Dondu havada çiliklər, işıq göz qamaşdıran Döndü dünyam əksinə, güzgü, baxıram əksimə Mələklər, cinlər hər tərəfdən sarılıb üstümə Bir anlıq məkan dəyişir, içindəyəm cənnətin Adəm, Həvva, ağac, meyvə, qışqırıram “Dərməyin!” Şah damarım qopub, axır qanım yerinə damardan irin Yaradılışın sirləri içimə dolur ilim-ilim Beyin dözə bilmir, istədim gizlənim Allahdan Hüceyrələrə qədər ağrı, özümə baxıram uzaqdan Qanadlarım belimi cırıb, çıxdı bayıra kürəkdən Dizimin üstə çöküb, dözməyib qışqırdım ürəkdən “Ah...”
videoclip
Tu nombre será publicado. Deje los campos en blanco para permanecer en el anonimato.
Enviar
Modal title
×
Insertar medios
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Recuérdame
Contraseña perdida
Conectarte
Registrarse