SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Valideynləri Unutmayaq
by
Uran
Back
Lyrics
Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb nəsihət verməsi Başa düşmürəm, bunları necə olar unutmaq? Necə olar rahat yatmaq biləndə anan xəstə? Hər kəsdə vicdan var, amma hamıda deyil eyni Necə olar unutmaq səni yaratmış valideyni? Axı bizim damarımızda axan onların qanı Axı biz yuxusuz qoymuşuq gecələr narahat ananı Axı ata kəsir boğazından ki, övladı olsun tox Övlad unutqanlığını necə bağışlamaq olar? Yox! Mənim bütün nifrətim o övladlara qarşı Hansılarının pula, işə, ailələrinə elə qarışıb başı Vaxt tapmırlar doğma evlərinin qapısın döyməyə Ananın əlindən öpməyə və yaxud adi zəng etməyə Atanın üzünə olan ağ, fikirləşmir ki, bir gün eyni şeylə Öz övladı qəlbinə vuracaq dağ Hər uşaq bir ümid, valideyni üçün bir ulduz Onlar axı saçlarını ağardıblar bizim üçün onsuz Qalan ömürlərin niyə alaq əllərindən? Niyə fərəhli valideyn baxışın silək gözlərindən? Özlərindən sonra qoymurlar yadigar soyuq daşı Onlardan yadigardır hər bir övladın yaddaşı Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir Valideyn atadır, anadır, valideyn o kəsdir Hansı düşünür balasın, düşünmür pul, ev, əyin Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir Valideyn atadır, anadır, valideyn o kəsdir Hansı düşünür balasın, düşünmür pul, ev, əyin Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn Doğuluruq, ilk qidamız olur ana südü Ana sığalı, nəvazişi, ana laylay, öyüdü Ananın incə əlləri, biz hələ onun tanımırıq Tanısaq da hələ digər qadınlardan ayırmırıq Amma getdikcə onun səsi, onun isti qucağı Olur bizə doğma, yandırır sönməz ocağı Uşağı alırlar anadan, o ağlayır, bilir Təzə açılmış əllərin anaya doğru uzadır, ona gəlir Budur ata kobud əllərində körpə övladın tutub Oğlandır. Sevinib, bütün problemləri unudub Gözləri dolur, amma ağlamır, ataya yaraşmaz Ata sevir daxilən, zahirən isə alışmaz Ata çalışar gecə-gündüz, duymasın övlad ehtiyac Paltara, geyimə, yeməyə, lap özü qalar ac! Təki balası sevinsin, gülsün, təki Atanın uşaqlıqda görmədiyi günləri onun uşağı görsün! Həyatda ən böyük səhvdir, valideyni unutmaq Ana kəlağayısını yandırmaq, ata əziyyətini atmaq Sonda ailə münasibətlərin qırmaq, qurutmaq Qocalmaq, valideyn olmayıb məzara çatmaq Mən diz çökürəm valideynlərimin önündə Öpürəm əllərindən, çünki mənim bu günüm də Dünənim də, sabahım da hər zaman onlara borclu Ulu tanrım, onların kölgəsində gedim, bitirim yolu Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir Valideyn atadır, anadır, valideyn o kəsdir Hansı düşünür balasın, düşünmür pul, ev, əyin Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir Valideyn atadır, anadır, valideyn o kəsdir Hansı düşünür balasın, düşünmür pul, ev, əyin Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn Valideynin itirən uşaq, uşağın itirən valideyn Bundan ağır cəza varmı, anladın mənə deyin? Bəs onda sağlıqlarında onlara verilən qiymət Hörmət olur bəzən ucuz, niyə anlamır cəmiyyət?! İnkişaf edirik, lakin valideyn-övlad münasibəti Hələ ki, məndə, ancaq oyadır heyrəti Mərifəti, məhəbbəti başqa rənglərlə rəngləməyək Qüruru saxlayaq, onlar atadır, anadır ölməyək! Yanlarına gedək, hallarını soruşaq, biz hələ böyüməmişik Biz ömür boyu valideynlərimiz üçün uşaq Övlad ləzzətin hiss etdirək ataya, anaya Onsuz da çətindir valideyn öz övladına nə vaxtsa doya Demirəm heç nə etməyin, demirəm yaxşı geyinməyin Demirəm ailənizi qurmayın, uşaqlarınızı böyütməyin Demirəm sevməyin, gülməyin, yaxud əylənməyin Sadəcə onları unutmayın, çünki unudulmaz valideyn! Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir Valideyn atadır, anadır, valideyn o kəsdir Hansı düşünür balasın, düşünmür pul, ev, əyin Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir Valideyn atadır, anadır, valideyn o kəsdir Hansı düşünür balasın, düşünmür pul, ev, əyin Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register