SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Sadə Qız
by
Uran
Back
Lyrics
Bu repin sözlərinə diqqətlə qulaq asın Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları pomadasız Əlində balaca çanta Oturdu qıraqda, sakitcə, tək, yalnız Arsız baxışları önündəki oğlanın Mənasız söz atışları önündəki oğlanın Onu heç cürə fikirlərindən ayırmır (yox) O mənliyin sındırmır, (yox) mənəviyyatin ipin qırmır Gözləri verir daxili aləmindən Balaca soraq, anlaşılmaz maraq O içində ağlayaraq kədərin gizlədir Amma qızarmış gözləri, yanaqları çox şeyi büruzə verir Sanki qizin əvəzinə deyir, necə o içini yeyir Özün hiss edir tənha, geyiminə fikir verə bilmir Çünki geyim indi çox baha Rəfiqələri onu müasir hesab etmir daha Köhnə ayaqqabılarının sökülmüş yerlərin örtür Kurtkasının vaxtı keçib, dəri çox kələ kötür Ötüb keçir yanından bahalı geyimli qızlar Sadə qız susar, danışmaz, zərif qəlbi sızlar Onun ailə vəziyyətini yoxdur bilən Atasız böyüyən qız hərdən Deyən-gülən tanışlarına qarışmaq istəyir İrəli addımlamaq, öz bədbəxt talehi ilə barışmaq istəyir Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir, ona toxunmayın! O öz aləmindədir mane olmayın Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir, ona toxunmayın! O öz aləmindədir mane olmayın Qızın yadından çıxmır 14 fevral Rəfiqələri alır al qızılgül, öz oğlanları ilə görüşür Neçəsi şəhərdə, yazıq sadəlövh qız isə oturub Həmişəki kimi tək-tənha evdə Vərəqləri əzilmiş xatirə dəftərinə baxır Ürək sözləri – zarafat, etiraf, sevgi haqda fikir Bütün bunlar onu sıxır Daxili ehtiyac, maddi ehtiyac fikirlərini yıxır Hər gecə xəyallarında canlandırır bir oğlan Hansı ki, onun dərdinə yanan, kefini alan Əlini çiyninə qoyan, saçlarını sığallayan Təntənəli gecədə sadə qızla bal rəqsi oynayan Atlı cəngavər oğlan - qızın əlvan xəyalları O bəzən başa düşmür bunları Başa düşmür niyə oğlanlar ona tərəf baxmır? O gözəl dəyil? Yox! Onda süni gözəlliyə yox meyil! Onun sadəliyi, ürəyinin təmizliyi Sanki buna görə onu qəyri-adi hadisələr izləyir Institutdan çıxıb evə dönərkən Qarşısında bir uşaq dilənərkən o 500 manat verəcək Fikirləşmir ki, evə piyada gedəcək Fikirləşmir - evə gec çatıb anasına nə deyəcək Fikirləşmir - tələbə yoldaşları onu görüb güləcək Fikirləşir - cırıq paltarlı uşaq bu gün nə yeyəcək? Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir, ona toxunmayın! O öz aləmindədir manе olmayın Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir, ona toxunmayın! O öz aləmindədir mane olmayın Qayıdağın avtobusa. Qızın göz yaşlarının səbəbini axtaraq Onun balaca əl çantasına baxaq Daraq, qələm, dəftər, 2-3 min pul, vəsiqə Gözləri dolmuş qız nə düşünür bu dəqiqə? Əlində çantadan çıxardığı bir vərəqə Bəlkə sevgi məktubudur? Uyğun deyil məntiqə O baxır kağıza. Bəlkə nəsə xoş xəbərdir? Bеlə təsir edir bu uşaq qəlbli sadə qıza Əslindəsə əlində tutduğu kağız bir elandır Bara “ofisiantka” lazım axşam 10-dan sonra. Yalandır! Qız düşünür: Anası xəstə qadın təqaüdçü, evdə qalandır Kasıbçılıq çox yamandır! Getsinmi bu işə pula görə? Güzəran çətin Ürəyində mübarizəsi gedir pozğunluqla mərifətin Həkimin, dərmanın, geyimin, evin pulu, borclar Qalar ailənin üzərində, vəziyyət daha pis olar Hirsindən ağlayır qız, namus onu boğur İşsizlik, zəmanə - qara fikirlər doğur Avtobus durur. Qız düşür, evə tərəf dönür Maşın uzaqlaşır. Sadə qız gözdən itib sönür Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir, ona toxunmayın! O öz aləmindədir mane olmayın Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir, ona toxunmayın! O öz aləmindədir mane olmayın Sadə bir qız... Onun ailə vəziyytətini yoxdur bilən Sadə bir qız... Qızın yadından çıxmır 14 fevral
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register