SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
S.V.D.M.
by
Uran
Back
Lyrics
SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur Qulaq asın... Açılmaz olan qapıları mən açmaq istəyirəm Cəmiyyətdən uzaqlaşıb sonsuz qaçmaq istəyirəm Mən istədiyim bir qızla birgə olmaq istəyirəm Mən həyatımın xoşbəxt anı ilə dolmaq istəyirəm! Başa düşmək istəyirəm, başa salmaq istəyirəm Yuxu görmək istəyirəm, xəyala dalmaq istəyirəm Mən Yerdən artıq bezmişəm Günəşlə qalmaq istəyirəm! Ölüm bıçağını qəlbimin dibinə salmaq istəyirəm! Bəsdir! Yetərdir! Qaranlıqdan daha bezmişəm Sevməyi bacarmıram, insanlara nifrət sezmişəm! Unutmuşam keçmişimi, gələcəyimə mən tüpürmüşəm Xoşbəxtlik şansın əldən buraxıb, onu uçurub üfürmüşəm! İndiki həyatımın mənasın bir qutu siqaretdə görürəm Öz əlimlə, özüm üçün qəbir daşın mən hörürəm Dayana bilmirəm, getdikcə daha aşağıya enirəm Nə danışdığımı düşünməyib, ağzıma gələni deyirəm! Baxıram kalendara, balaca kağızda nələr vardır? İnsan həyatı belə çərçivədə, insan həyatı belə dardır Yaşayacağım günlərə baxıram, əzib atıram vedrəyə Həyatsa aşağıya enir, əsəbləşmək gərək nəyə? Od-su arasında qalmışam, mən görəsən nə edim? Özümü bu zibilə salmışam, görəsən haraya gedim? Günəş mənə qara görünür, bu gün olub ona nə? Uzaqlaşın siz məndən SPİD virusu düşüb mənə! Haradayam, bilmirəm mən haradayam? Bəlkə burda, ya qabaqda son qoyam? Bəlkə küsüb, bezib bu həyatdan doyam? Bəlkə oturub günlərimi sayam… Əlsizəm, qolsuzam, donsuzam, sonsuzam Bədbəxtəm, xoşbəxtəm, insanam, heyvanam Qəlbsizəm, sənsizəm, gözsüzəm, sözsüzəm Faşistəm, nasistəm, tüstüyəm, mən nəyəm? Başa düşməmişəm ki, dünyanı dəyişə bilmirəm Pis bir iş görərək mən yaxşılığı heç vaxt silmərəm Xeyir öz yerində olur, şər qüvvə yerində qalır Yalnız insan artıq əşyatək özünü araya salır Yüz mərtəbə binanın damından durub yerə baxıram Gözlərim yaxşı görür, ancaq mən yenə eynək taxıram Mən gözlərimi gizlədirəm, qorxuram onları itirərəm Bədənimdə olan yeganə saf yeri qurban gətirərəm Tullanımmı buradan, düşümmü azad dünyaya? Onsuz da etdiyim səhvlər artıq gəlməyir saya... Oğlan və qız girib qol-qola - budur gəzirlər yenə Uzaqlaşın siz məndən SPİD virusu düşüb mənə! Haradayam, bilmirəm mən haradayam? Bəlkə burda, ya qabaqda son qoyam? Bəlkə küsüb, bezib bu həyatdan doyam? Bəlkə oturub günlərimi sayam… Getdim yoxlatdım özümü, mən inanırdım keçəcək Neçə dəfə belə olub, hər şey öz yolun seçəcək Ancaq bu dəfə ilişdim, ancaq bu dəfə girişdim Ancaq bu dəfə ölüm ətrini hiss etmişdim Bir saat kеçdikdən sonra həkimlər dedilər mənə “Həyatından uzaqlaş, SPİD virusu düşübdür sənə!” Mən yerimdə dondum, qəlbimin daxilinə qondum Ürəyimin damarların bir-bir çıxartdım, qırdım, yondum! Qoy azad olsun ürəyim, tullantı üçün işləməsin Damarda qan qalmasın, vicdan qəlbimi dişləməsin! Biz bir-birimizdən ayrılaq, o artıq azad bir ürəkdir Heç vaxt unutmayın, ürək yaşayan insana gərəkdir… Gözümü açanda gördüm məni möhkəm bağlayıblar Qollarım kəsik-kəsikdir, acı iynə ilə dağlayıblar Bir addım irəli atıb, iki addım atdım gеriyə Beynimdə bir sual vardır, axı niyə, niyə, niyə? Bir anlıq baxdım ətrafa - ağaclar, qönçə güllər Bir anlıq baxdım insana - günahlar, qanlı əllər Yağış tökülür üzümə, hər damcı dənə-dənə Uzaqlaşın siz məndən, SPİD virusu düşüb mənə! Haradayam, bilmirəm mən haradayam? Bəlkə burda, ya qabaqda son qoyam? Bəlkə küsüb, bezib bu həyatdan doyam? Bəlkə oturub günlərimi sayam… Haradayam, bilmirəm mən haradayam? Bəlkə burda, ya qabaqda son qoyam? Bəlkə küsüb, bezib bu həyatdan doyam? Bəlkə oturub günlərimi sayam… SPİD virusu düşüb mənə...
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register