SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Repə Qulaq Asın
by
Uran
Back
Lyrics
Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq bədəni Ütülü bir az qısa şalvar, babasından yadigar saat Xalasından hədiyyə ətir, hərəkətlər narahat Səliqəli bağlanmış qalstuk, istidən beyni "стук" "Маменькин сыночек" üz-gözü “totuq-motuq” “Бак”-lar qulağının dibindən, “кантовка” təmiz Saçlar daranıb, sığallanıb, bığları biz-biz Səssiz-səmirsiz instituta gedir, qorxur gecikər Müəllim hirslənər, onu döyər, evlərinə zəng edir Yolu keçir piyada keçidindən, qırmızı işığı gözləyir Qızlara baxmır, əksinə - qızlar onu izləyir Tələbə yoldaşları bizim inteligentdən şübhələnir Bəlkə o da nəsə, gecə bulvarda şellənir Qızlar ona gülür, tuturlar tez-tez “прикол”-a Amma o alicənabdır, özünü qoymur axırıncı yola Müraciət edir siz-lə təpəsinə qoysan karnizlə Çevrilib üzr istəyir günahkar yazıq bənizlə Bilirsiniz niyə o belədir? Bilirsiniz söhbət necə? Valideynləri ona eyni sözləri deyib yatmazdan öncə Oğlum, repə qulaq asma, ayıbdır olmaz Rep bizim milli mentalitetə heç cür yaraşmaz Gecə yatanda yuxuna girər ordakı sözlər İzlər səni pis vərdiş, bala, özünü gözlə İkinci qəhrəman – eyni tip, yazıq evdə itib-batıb Məhləyə çıxmır, atıb kitab-dəftər önünə, oxuyur dərs Axşam 10 olmamış kəsilir səs Otaqdan eşidilir aramla alınan nəfəs Bəs onun günü necə keçir? Qaqaşın baxacağı TV kanalları atası seçir Xəbərlər, istisna halda uşaqlar üçün verilişə baxacaq Axşam hamam, tualet, sağollaşacaq və yatacaq Evdə ancaq muğam, xalq mahnısı yığmaları 20 yaşlı, saqqalı uşaqdan razı doğmaları Qonaqları gələndə evə, o təzə paltar geyinir Ailəliklə şəhərə çıxırlar, urra – o sevinir Saqqız çeynəmir, kariyesdən qorxur Dişlərin 4 saatdan bir yuyur Küçədə anasının səsin bеş kilometrdən duyur Evə yeməyə çağırırlar, o qaçır Mamanın qaranquşu, o qanadlanıb uçur Məktəbdə insan biologiyası dərsində o qızarırdı Qorxurdu, kitabı partanın altına soxurdu Duruxurdu cinsi yetişkənlik haqda еşidəndə Şəkilləri görəndə, qızlar ona baxırdı güləndə İnternetin nə olduğunu bilmir, başı ağrayır Evdə 98-ci il versiya Dendy oynayır Onun kumiri Mario, Cırtdan, qaqaş fanat Cizgi filminə baxdın, oğlum? İndi get, yat Onu da başa düşün, bilirsiniz o böyüyüb necə? Valideynləri eyni sözləri deyib ona hər gecə Oğlum, repə qulaq asma, ayıbdır olmaz Rep bizim milli mentalitetə heç cür yaraşmaz Gecə yatanda yuxuna girər ordakı sözlər İzlər səni pis vərdiş, bala, özünü gözlə Oğlum, repə qulaq asma, ayıbdır olmaz Rep bizim milli mentalitetə heç cür yaraşmaz Gecə yatanda yuxuna girər ordakı sözlər İzlər səni pis vərdiş, bala, özünü gözlə Yeri var, yerlə sürünən balaqlar “кроссовка” İki gündən bir “тусовка”, dörd gündən bir “тайский” masaj Telefonda – mesaj, heç vaxt olmur “мандраж” Tamam ayrı növ qaqaş, açmırıq baş Diribaş şəhər uşağı, cd player, hip-hop Onun dostu küçə, musiqi, basketbol, top "İntim-shop" onu tanıyır, çoxdankı müştəri Həri, qızların nömrələri, adresləri, şəkilləri Diskotekada onu taparsınız əgər itirsəniz Haradasa görsəniz, bilsəniz, kimdənsə eşitsəniz ki O yoxa çıxıb, deməli nəsə iş var E-mail-də saysız-hesabsız göndəriş, bildiriş var Evdə tapılmır, 12-dən 24:00-a qədər Uşaq bağçasına getməyib çünki hesab edib hədər 11 il oxuyub məktəbdə, hər gün bir dəbdə Müəllimlər dərsdə, valideynlər üzün görməyib evdə Bilirsinizmi niyə belədir? Çünki hər gecə Ona aşağıdakı sözləri deyən olmayıb yatmazdan öncə Oğlum, repə qulaq asma, ayıbdır olmaz Rep bizim milli mentalitetə heç cür yaraşmaz Gecə yatanda yuxuna girər ordakı sözlər İzlər səni pis vərdiş, bala, özünü gözlə Oğlum, repə qulaq asma, ayıbdır olmaz Rep bizim milli mentalitetə heç cür yaraşmaz Gecə yatanda yuxuna girər ordakı sözlər İzlər səni pis vərdiş, bala, özünü gözlə
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register