SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Həyat Gülməlidir
by
Uran
Back
Lyrics
Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir Heyo, millət, bizim həyatımız bəzən çox gülməlidir! Həyat gülməlidir - bəzi problem deyilməlidir Bəziləri deyilməməli və gizlədilməlidr Bədbəxt dünyanın xoşbəxt insanı bilməlidir Nəyə sevinməli, nəyəsə kədərlənməlidir Əgər səni qovursa bir gün işdən rəisin Gülməli bir şey yoxdur, sadəcə tutub pisin Hirsin, əsəbin qalxmasın, bunun axırı şəkər Xəstə insan iynə-dərmana milyon tökər Hər bir şagird oxuyur ki, sonda olsun tələbə Hər bir tələbə çalışır imtahanda çalsın qələbə Hər bir imtahan keçirilirsə yüksək səviyyədə Bu bizə sərf etmir, boş keçməsin niyə də? Bununla başlayır - məzunun gülməli iş axtarışı Var diplomu, var sənəti, amma boşdur başı Yaxşı, hesab edək ki, başında onun biliyi var Dirəyi, day-dayı var, demək onun çörəyi var Əgər kasıbın oğludursa, açacaq özünə “будка” Min bir xırdavat, paltar, “шмотка“, “куртка“ Beş-üç manat çörək pulu, cib boş, ağız sulu Bizneslə birləşəcək tutduğu elmin yolu Biznes - bizim dilimizdə desək al-ver AIdığını sat, satdığını at, sonda atdığını ver Stop! Durun, gəlin zamanı geriyə döndərək Səhvlərimizi görək, ağlamayaq, hamılıqla gülək Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! İyirmi birinci əsr, artıq qulağımızın dibin kəsir Çox tələsir, sirrlər xəzinəsində qalmayıb sirr Bütün millət, hamılıqla birgə edəyin inkşaf Amma bu irəlliləyişdə var gülməli bir paraqraf Edirəm çürük-saf, nə finiş, nə də ki, start Hamı mobil telefon alır bizdə parta-part! Qalıram mat mən görərkən telefonu Onun var ”mafon”-u, mikrofonu, diktofonu Tualeti, həm sifonu, saksafonu, nə əvvəli, nə də sonu Tozsoran, paltaryuyan, televiziya Siqnalizasiya, kanalizasiya Səsi polifonik stereo olmalıdır guya Dümbələk boyda, həm bayram, həm toyda ”Kyali Minoquenin efir mahnısını qoy da” Telefon çox olsa da beynimizi dəng eləmir Sadəcə çoxusu ” вызов” atır, çoxusu zəng eləmir Nəzərinizə çatdırım yaman maraqlı bir məsələ Müraciət edir millətin doxsan faizi “ehsan-sel”-ə SMS göndərilir, bəzən tərs göndərilir TV-də, radioda mesaj bəhsə-bəhs göndərilir Nömrələr ”зеркальный”, baxırsan görürsən əksin Vacib deyil mədə, telefon almağa tələsin Gülməlidir, çoxu olub bu balaca əşyaya xəstə Kontur yoxdur, amma zibildən bizdə dəstə-dəstə Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Demokratik inkişaf, istiqamətimiz Avropa Diskotekalar, barlar, klublar - oppa! Dilimiz əldən gedir - da, net, no, yes İmport, eksport, səkkiz-fara Mersedes! ”Belə maşın olmur!” - Olur, bizdə hər şey var Bircə sifətimiz qalıb mentalitetimizdən yadigar Xarici firma, mağaza, mini, super, market Avto-magistral yollara çəkəcəyik parket Etiket xarici, istehsal isə milli mal Amma belə mal alan sonda olur anormal Sökəyin Qız Qalasın, əvəzinə tikək təzəsin Yüz mərtəbəlisin, qoy beləsi şəhərimizi bəzəsin Ən sonda şəhərimizi sökək edək yeraltı Onsuz da üstü sürüşüb, yəqin qalıb altı Beş-altı yüz kilometrlik çəkək metro rayonlara Nəqliyyatlar çatdırmır, kömək lazımdır onlara Beləliklə, yaşayışımız əməlli-başlı səhnə Hər şey təzə, təzə məzə, məzə təzə, köhnə Həyat gülməlidir! Və mənə elə gəlir bunlar gizlədilməməlidir Sadəcə sakitcə deyilməlidir! Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir!
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register