SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Gecələrimdə Axtarıram
by
Uran
Back
Lyrics
Elə qalsın, bu həmin mövzudur Qoy getsin Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə baxıram Oğrun-oğrun Yuxum çəkilib ərşə Kimsə düşərdi təşvişə Görsəydi ki, bu işə Neçə kabus qoyub əl Neçə mahmız vurub, at çapıb dörd nal Çarpaz qoyub xətt Necə göz yumub, çap edib dörd bar Yenə qapaz vurub bəxt Suallar dolu, qaranlıq yolu, sükutu pozan xəyallar Narahat dəniz, beyin bir qayıq, dalğalar yazar qayalar Saxta qayğıdan bezib, hə?! İnsan tək yaşar əzmlə?! Gündə bir dəfə “sevirəm” eşitməsən gün gələr gözündən! Yaxın adamlar sayar salamat qalan gününə salavat Həyat bir sapand kimi, hesabat günü uzanıb salamat Yataq isidir, fikir quyudur, qələm hirsimi soyudur Gözüm zillənib tavana, unudub zamanı, yaxşını, yamanı... Ah! Həyat endşpilində şah, amma heç bilinmir tam Çün qoyub nişan, alıb hədəf vurdum beşin qəşəng Vaxtdır, yandır o günə şam, bir sağlıq de möhtəşəm Gəl ruhlarla dərdləşək bu axşam... Yox əşi Gecələrimdə axtarıram Olur onu Gecələrimə baxıram Oğrun-oğrun Oyun - gedişat, məğlub - pərişan Qalib - tərif, şan, ulduz - sayrışan Pul var, hamı şad Amma bil ki, o da olmur həmişə Vəzifə - eyni şey Eyni sürücü, fərqli sərnişin Rep vərdişim, rep döyüşüm Rep qayıdışım, rep dönüşüm Göydən düşmə bəndlə dərd işim Edib otaqda gərdişi Beyin bağına dən düşər Verər bar toxum, zərnişan Ağac, ya parazit sarmaşıq Sanki var zibil, amma yox qaşıq Həyat səninlə mırtlaşır Bəzən dörd daşın arası durub yalquzaq, qayıtmaq uzaq Mən çox yatdım deyən, sağaltmaq məni, ayıltmaq lazım Yazım maksimum əgər təbim gəlirsə, hərbi əlbisə O vaxt əynimdə ikən, yazan əlim indi həmin əldirsə Yollar gizlin həndəsə Tavan - xəttlər həmləsi Zaman tələsi, addımbaşı cələsi Xoşuna gələsi, başına gəlməsə o kəsin Məni anla, almıram tənəsin Süzüb Hennessy, sözlə yumub çənəsin Boş nərəsi təbəqələşir İlişir, düşür təqaüddə şir Hey, mənim qərdeşim Gördüm adamlar mərd, əşi Üzünü yusun mürdəşir mərdmazarın O da bir dərd, əşi Dərd yazarı etməyib ev-eşik Rep bazarı - bacaran döyüşür İntizara, enişə öyrəşib Yox azarın təftişi, məftun oldum səhv işə Yox əşi, zibil! Gecələrimdə axtarıram Olur onu Gecələrimə baxıram Oğrun-oğrun
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register