SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Gəl Məni Gör (Mif)
by
Uran
Back
Lyrics
Gəl məni gör Yeah! Yeah! Çox savadlı qaqaş, qıcqırıb savad qabı Adamı yox ki, sala qabağı, ya qala sabaha Harası baha soruşma, şansın parası baha Qaqaşın beyni var, indi lazım harası daha? Tanışı yox ki, qarışa işə, barışıq isə İşi itirmək demək, o, isə yarışa bilər Dartışmaqla olmur, yuxarı qarışsa işə Adamsızın jiletin adamı olanın gülləsi deşər Buna görə var xüsusi kasta, xüsusi peşə Xüsusi daraq, xüsusi güllə, xüsusi məşəl Beləsi həll edir düyünlü işi anında Onunla açılır qapılar, işləyir qanunlar Rast gəlir qaqaşa birisi, verir hamısının dərsin işdə Qoy indi yuxarı tanısın, var ədalət tanrısı İşi həll edən pulu götürüb aradan çıxır “Bir şey olsa, gəl məni gör” gedəndə deyib əlin sıxır Oğlan qayıdır işə, idarə önündə 3 polis maşını Deyirlər “kabinetdə dolabda tapıblar müdirin başını” Qaqaş səsini çıxarmır, silir nömrəni tezbazar Çətin bir də bu alicənaba nə üçünsə nəsə yaza Gəl məni gör, gəl məni gör Hamı deyir: “Gəl məni gör” Cibin boşdur, başın dolu Deyir: “Haqqın yolu, ala, gəl məni gör” Gəl məni gör, gəl məni gör Hamı deyir: “Ala, gəl məni gör” Gətirmirsə birdən işin əgər Deyir “Noldu ala, bəs gəlməliydin?!” Dərd ortağını butulkada tapan kişi İçib yerdən qopan kişi, sapant kimi Hər sağlığı bir and kimi, şüur sərxoş Ayıq beyinin meyarı boş, içkili xoş Zəhrimarı içir, zehni gedir, zəhmi qalır Yüklənir daha çox, dəm olur, qəm lehmi qalır Rəhmi gəlmir səhhətinə, onun beyni qanlı Çün belə vəziyyətə düşən adamda da beyin qalmır Axı evin son beşiyinə on beş illik iş istəyir Guya oğlu oğurlayıb, üzünə duran birisi deyir Ata dərd soyudur, tapmayır imdad çarəsi Bir pabın küncündə tək başına mücadiləsi Qəfil oturur yanına biri, ölü beyni olur diri “Həll edərəm” deyir, sözü kişinin başına girir Adam boşuna demir, səhər yayılır xəbəri Oğlunun üzünə duran özünə qəsd edib, gəbərib “Şahid” yoxdursa, oğlan azaddır, dərhal! Kişi şaddır şokda zal, sonra bir az qəribə əhval Və evin qapısı önündə tapdığı kiçik yazı “Salam. Gəl məni gör, çətinə düşsən olsam lazım!” Gəl məni gör, gəl məni gör Hamı deyir: “Gəl məni gör” Cibin boşdur, başın dolu Deyir: “Haqqın yolu, ala, gəl məni gör” Gəl məni gör, gəl məni gör Hamı dеyir: “Ala, gəl məni gör” Gətirmirsə birdən işin əgər Deyir “Noldu ala, bəs gəlməliydin?!” Əgər AzRep ölüb, sizinlə cəsəd danışır Dirilər belə danışmır, aparın, həsəd danışır Dеyir: “Rep bataqlıqda, yetişib həsrət qamışı“ Deyir “Günahkar islanmış giribsə qəsdən yağışa“ Kim-kimə qarşı, döyüşür indi tin timə qarşı Hayp kinə qarşı, necə ABŞ gedir Çinə qarşı Kim sayır trendi, arşın dayandırır axtarışın Çün vaxtını itirir o, tüpürməklə günə qarşı Sənə təmiz rep lazım gəl bura, ala, söz süzək, gəl söz vuraq! Qafiyə fırladıb arada buraq, əyləci burax, əyləncə sonra Dərəcəsi var, dinləyici diksinir axtarır xaricdə xalisin Gəl məni gör, nə vaxt eşitmək istəsən sən AzRepin alisin! Gəl məni gör, gəl məni gör Hamı deyir: “Gəl məni gör” Cibin boşdur, başın dolu Deyir: “Haqqın yolu, ala, gəl məni gör” Gəl məni gör, gəl məni gör Hamı deyir: “Ala, gəl məni gör” Gətirmirsə birdən işin əgər Deyir “Noldu ala, bəs gəlməliydin?!” Gəl məni gör Gəl məni gör Ala, gəl məni gör
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register