SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Azərbaycanım
by
Uran
Back
Lyrics
Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! Gücümdür Azərbaycanım! Türkümdür Azərbaycanım! Torpaqda oturanlar bilsin! Qana qandır Azərbaycanım! Vətən, vətən, çağır əynimdə kəfən Ölümü bağırır bəbən Hər doyüşdə zəfərə çatana qədər Qadanı alana qədər Azərbaycan Azərbaycan, Azərbaycan! Bir əlimdə fədadır can, torpağına axıdaram qan Layiq olmamışam sənə, bilirəm Haçan istərsən oğlunu yerli-dibli dan! Mən ürək bağlamışam sənə, sən bağlama, amma Fənadır axırım, Azərbaycan - ay can, ay can... Qurban can hər qarıncına, əriyim, qatılım torpağına Bil ki, böyük bir fəxrdir mənə Əlimdə qılıncım qələm, atıram ki, hər bir qədəm Xatalıdır bu bədən bil, xatalıdır bu bədən bil Dil bağlıdır torpağına, qızıl, qara dağına, bağına Qurbanam Heydərbaba dağına Heydər... Heydər... Heydər… Heydər... Heydər... Heydər! Türküdür peykər, hey! İstəyi yeridər, hey! Yeridər, yeridər! Bizlərə qorxu, ar, bizlərə qorxu, ar! Güclü qollu, qurd ürəkli oğulların var Edin bunu düşmənlərin arasında car Bu torpaq qanınızı dağıdar, dağıdar Bu torpaq qanınızı dağıdar, dağıdar Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! Gücümdür Azərbaycanım! Türkümdür Azərbaycanım! Torpaqda oturanlar bilsin! Qana qandır Azərbaycanım! İlanın ağına, qarasına lənət, dalında ağasına lənət Canavar qoymayıb halət! Ya Rəbb, kömək et, orduma taqət! Neçə il çəkir əsarət? Hanı ədalət? Varmı nəzarət? Sizinçün adi torpaqlar, bizimçün işğal faktoru rəzalət! Kim deyir “sülh”, gəl bura! Otuz il geriyə sür və gəl bura! İndisə gec qəbula. Əsgəri gücümə vec atan tapılar Bağlı qapılar. Savaşım haqq! Mənəmi yaraşmır savaşmaq? Dığanın cavabını verməkçün indi lazım hələ bir dünyadan soruşmaq?! Oyatdınız milli şüurumu, istədiniz süqutumu, aldınız zühurumu! Saymadınız xalqın qürurunu, torpağa vurğunlar döyüşər uğrunda Silah danışığa, bil, verməz yol. Ədalətsiz barışıq? Dinməz qoy! Üzüm gülməz tam, əgər Gülüstan işğalda, ordu məşğul xilasla! İndi... Bu dastanı yazır əsgər qanı, şəhid canı ilə (ya Allah!) Bütöv Azərbaycan üçün! Bütün Azərbaycan ilə (dinlə) Cümhuriyyətin ərazisi olmalı cümlə hürr (hə) Yarımçıq vətən - bu nə ifadə, denən, bu nə cümlədir?! Ordumun addım səsi ifrit sürüsünü artıq salıb qorxuya Hesab vaxtı gəlib, cavab verməli sorğuya! Bu oğurluq diyar! İndi hay bağırsın oğru, vay edib imdad çağırsın oğru Zay edib son şansı çıxartsın ordan Ya ağ bayraq, ya da bas bayıra burdan! (Çünki) Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! Gücümdür Azərbaycanım! Türkümdür Azərbaycanım! Torpaqda oturanlar bilsin! Qana qandır Azərbaycanım! Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır! Canımdır Azərbaycanım! Cümlə Azərbaycanım! Türkümdür Azərbaycanım! Torpaqda oturanlar bilsin! Qana qandır Azərbaycanım!
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register