SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Eminem - Sing For the Moment (Azərbaycanca tərcümə)
by
Eminem
Back
Lyrics
Bu fikirlər ağ valideynlər üçün kabusdur Ən böyük qorxuları uşaqlarının saçlarının sarıya boyaması və sırğa taxmasıdır Dediklərinin bir təsiri yoxdur Söyüşə icazə verilməyən ailədə vəziyyət çox qorxuncdur Qulaqlıqları ilə son səsdə musiqi dinləyərək evdə gəzir Öz bölgəsində tək, hissiz və vecsizdir Problemli uşaqdır və ürəyini sıxan hər şey birdən ortaya çıxır Danışmağa başlayanda atası çıxıb gedir Ondan o qədər nifrət edir ki özündən uzaqlaşdırır Əgər onu bir dəfə də görsə yəqin ki, yerə sərəcək Düşüncələri pisdir, əsəbidir və qarşılıq verir Zənci kimi danışır, rok və replə beyini yuyulub Şalvarı götündən sallanır, başında var bandanası və papağı Ögey atası onu vurdu, o da yumruqla qarşılıq verdi və burnunu qırdı Evdəki yuva artıq dağılıb Edəcək bir şey yoxdur, o da emosiyalarını sərbəst buraxır Getdik! Mənlə birgə oxu, ötən illər üçün oxu Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu Mənlə birgə oxu, sadəcə bu gün üçün Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq.. Əyləncə sektoru dəyişir, qenqlərlə birləşir Qatillər ölkəsində bir günahkarın zehni məbəddir Müqəddəsdir ya yox, tək dostum silahdır Yalnızam çün kimsə məni anlamır Yenə də hamı deyə bildiyi qədər hiss edir O lənətə gəlmiş sözlərə bələdəm, əladırlar Ya da alçaldırlar, ən pisi, nifrəti öyrədirlər Söylədiyimiz hər cümləni diqqətlə dinləyən uşaq kimidirlər Elə bil bizə ibadət edirlər Plus bütün mağazalar bizə platinium göndərir Necə oldu axı bu dəyişim reallaşdı? Tin-dalanda rep etməkdən gəlib sərvət sahibi olduq, yaltaqlıq etmədik Lakin sonra, tənqidçilər səni çarmıxa çəkir Jurnalistlər də yandırmağa çalışır Fanlar səndən üz çevirir Vəkillər də əlindəkini qəpiyinəcən almaq üçün fürsət axtarır Hər dəfə əsəbləşəndə dəli olmağını istəyirlər Beləliklə, səni bir təhdid kimi göstərirlər Məhkəmələr silah mövzusunu şişirdir Buna görə hakimlər məni içəri atmaq istəyir Tələsik məni küçələrdən uzaqlaşdırmağa çalışırlar Amma hamısının uşaqları ibadət kimi məni dinləyir Mən də polis barmaq izimi alanda CD imzalayıram Bunlar hakimin qızı üçün, amma onun kini mənə qarşıdır Mənim təhlükəli olmağım kimi mənasız söhbət yoxdur! Bunlar siyasi mövzulardır, əgər musiqim həqiqətdirsə və mən də günahkaramsa, onda bir qız uşağını necə böyüdə bilərəm? Böyüdə bilməzdim təbii ki Onlara vasitəçi olmayacam Querra, sən pox dolusan, bu da sənə vurduğum yumruq idi! Getdik! Mənlə birgə oxu, ötən illər üçün oxu Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu Mənlə birgə oxu, sadəcə bu gün üçün Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq.. Deyirlər ki musiqi ruh halıvı dəyişdirir və sənlə danışır Elədirsə, sənçün bir silahı doldurub tətiyi çəkə bilər? Birdən çəksə, sən də gələn dəfə dostuva hüc*m edərsən Sadəcə hakimə mənim günahım olduğunu dedim və məhkəməyə çağırıldım Görürsən də, bu uşaqların tək etdiyi silah daşıdığımızı eşitməkdir Onlar da bir dənəsini almaq istəyir, elə bilirlər ki, bu kuldur Əslində isə özümüzü qoruduğumuzu başa düşmürlər Biz sənətçiyik, əlbəttə ki, bu şeylər satışlarımıza təsir göstərir Eşit, qara cahil, musiqi xarakterin yansımasıdır! Biz də bunları danışırıq, sonra poçtla çeklərimizi alırıq Çox poxdan vəziyyətdi, elə deyil? Necə olur da yoxluqdan gəlib istədiyimiz hər şeyə sahib oluruq? Buna görə xəyallar və rep jurnallarından başqa Heç nəyi olmayan uşaqlar üçün mahnılar oxuyuruq Bütün gün şəkilləri divarlarına mismarlayırlar Favori reperlərini idol halına gətirib bütün mahnılarını əzbər bilirlər Ya da biz, həyatlarında poxdan şeylər yaşamış insanlar üçün oxuyuruq Onlar gecələr oturub ağlayır, ölməyi arzulayırlar Bir rep zapisi açıb duyğuları yaşayırlar Tənqidçələrə görə heç nəyik, amma uşaqların gözündə hər şeyik! Bax buna görə anı tutub dondurmağa və sahiblənməyə çalışırıq Onu sıxışdırıb tuturuq çün bu dəqiqələri dəyərli hesab edirik Kim bilir, biz öləndə, onlar da bunu etiraf edər Qoyun ruhlarımız mahnılarımızda duyduğunuz sözlərimizlə yaşasın, bunu edə bilərik... Getdik! Mənlə birgə oxu, ötən illər üçün oxu Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu Mənlə birgə oxu, sadəcə bu gün üçün Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq.. Getdik! Mənlə birgə oxu, ötən illər üçün oxu Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu Mənlə birgə oxu, sadəcə bu gün üçün Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq..
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register