CORRECT LYRICS

Lyrics : Caz Muğam

Büsati-meydə hər ol aşiqin ki, həmdəmi var
Büsati-meydə hər ol aşiqin ki, həmdəmi var
Onunla gər mey içə, gör onun nə aləmi var

Şərabdır dili-pəjmürdəyə həyat verən
Şərabdır dili-pəjmürdəyə həyat verən
Ona fəda mən olum ki, Məsih tək dəmi var

Kənari-meykədədə karı olmaz hər şəxsin
Kənari-meykədədə karı olmaz hər şəxsin
Hər adəmin yeri var, hər yerin bir adəmi var

Sən etmə xalqa əziyyət, mey iç, günahı mənim
Sən etmə xalqa əziyyət, mey iç, günahı mənim
Günahı əgər bir olarsa, onun nə bir qəmi var?!

Behişt o yerdir ki, olmaz o yerdə ruha əzab
Əzab o kimsədədir, zinəti-cəhənnəmi var