CORRECT LYRICS

Lyrics : Buzovna

Xar tutu dər səhər-səhər
Buzovnanın xar tutuna kim nə deyər?
Xar tutu dər səhər-səhər
Buzovnanın xar tutuna kim nə deyər?

Abşeronda, Buzovnada yığışardıq yay aylarında
Yığışardıq bağımızda axşamüstü qohum-əqrəba
Yığışardıq bağımızda Buzovnada

Nənəmin xoş, şirin səsi
Babamın ağ göyərçinləri
Ulduzların göydə rəqsi
O gözəl, qayğısız uşaqlıq illəri

Nənəmin xoş, şirin səsi
Babamın ağ göyərçinləri
Ulduzların göydə rəqsi
O gözəl, qayğısız uşaqlıq illəri
O gözəl, qayğısız uşaqlıq illəri

Xar tutu dər, vur bədənə səhər-səhər
Buzovnanın xar tutuna kim nə deyər?
Xar tutu dər, vur bədənə acqarına
Bax belədir, bizim zona – Buzovna
Ekoloji tərtəmiz zona – Buzovna
Buzovnada, dünya bilir, Həzrət Əli qədəmgahı yerləşir
Bu məkanda ədəb-ərkan görmüşük əzəldən, uşaqlığımızdan
Buzovnada görmüşük biz göz açandan

Nənəmin xoş, şirin səsi
Babamın ağ göyərçinləri
Ulduzların göydə rəqsi
O gözəl, qayğısız uşaqlıq illəri

Nənəmin xoş, şirin səsi
Babamın ağ göyərçinləri
Ulduzların göydə rəqsi
O gözəl, qayğısız uşaqlıq illəri
O gözəl, qayğısız uşaqlıq illəri

Xar tutu dər, vur bədənə səhər-səhər
Buzovnanın xar tutuna kim nə deyər?
Xar tutu dər, vur bədənə acqarına
Bax belədir, bizim zona – Buzovna
Ekoloji tərtəmiz zona – Buzovna

Xar tutu dər səhər-səhər
Buzovnanın xar tutuna kim nə deyər?
Xar tutu dər səhər-səhər
Buzovnanın xar tutuna kim nə deyər?
Xar tutu dər, vur bədənə səhər-səhər
Buzovnanın xar tutuna kim nə deyər?
Xar tutu dər, vur bədənə acqarına
Bax belədir, bizim zona – Buzovna
Ekoloji tərtəmiz zona – Buzovna
Dost ocağı, dost məkanı – Buzovna
Dost ocağı, dost məkanı – Buzovna